XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Fevral, 2020
Muzeyin eksponatları Rusiyada nəşr olunmuş kitabda yer alıb
Rusiya Mədəniyyət Nazirliyi tərəfindən Ümumrusiya Dekorativ Sənətlər Muzeyində «Империя и Кавказ. Оружие, обмундирование, ратные традиции. XIX – начало XX века» adlı sərgi təşkil olunub. Sərgidə yerli və xarici ölkə muzeyləri, habelə şəxsi kolleksiyalardan 600-dən çox əşya nümayiş etdirilir. Sərginin foto-şəkillərdən ibarət eyniadlı kataloqu da nəşr olunmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından bir neçə material da bu kataloqda yer alıb. Muzeyin “Silahlar və bayraqlar” və “Təsviri materiallar” fondunun eksponatlarının foto-surəti və onlar haqqında məlumat verilib. Bu eksponatlar XIX əsr və XX əsrin əvvəllərinə aid silahlar, xanlıqların bayraqları, rəsm əsərləri və s. ibarətdir. Kataloqun hazırlanmasında göstərilən elmi dəstəyə göyə redaksiya heyəti nəşrdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri E.Dadaşov və F.Ağayevə xüsusi təşəkkürünü bildirib.