XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Fevral, 2020
Muzey əməkdaşı məruzə deyib
Bakı şəhər Dövlət Yol Polisi İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Sahibə Ələkbərova və rəhbərlik etdiyi “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun bir neçə üzvü də tədbirdə iştirak ediblər. Həmçinin Şəhidlər Muzeyi tərəfindən sərgi təşkil edilib. S.Ələkbərova tədbirdə “General Əli bəy ləqəbi ilə tanınan Əlövsət Qasımov kimdir?” adlı məruzə ilə çıxış edib. O, bildirib ki, burada sərgilənən fotolar erməni terroristləri tərəfindən tanınmaz hala salınmış, min bir işgəncəyə məruz qalmış, başı kəsilmiş şəhidlərimizin xatirəsini əbədiləşdirir. Şəhidlərin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən Əlövsət Qasımov Qarabağ döyüşçüləri arasında General Əli bəy ləqəbi ilə tanınıb. Onun tərəfindən yaradılmış Şəhidlər Muzeyinin eksponatları mənəvi baxımdan çox dəyərlidir. Məruzəçi gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində bu eksponatların xüsusi rolunu qeyd edib.