XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Fevral, 2020
Muzeydə Mülki Müdafiə Qərargahının tədbiri keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Mülki Müdafiə Qərargahının tədbiri təşkil olunub. Əvvəlcə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-infeksionisti Nəzakət Məmmədova çıxış edərək, koronavirus xəstəliyinin səbəbləri, qorunma və müalicə metodları haqqında məlumat verdi. Daha sonra Muzeyin Mülki Müdafiə Qərargahının rəisi Rasim Sultanov “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Mülki Müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda çıxış etdi. Mülki müdafiənin təşkili və yaradılması haqqında məlumat verdi. R.Sultanov fövqəladə hallarda mülki müdafiənin rolu və vəzifələrindən danışdı. Muzeyin Mülki Müdafiə Qərargahının üzvləri və Mülki Müdafiə qüvvələri haqqında iştirakçılara məlumat verib, Muzeydə baş verən fövqəladə hadisələr zamanı təhlükəsizlik qaydalarından və necə davranmalarından bəhs etdi. Sonda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən hazırlanmış video-çarx nümayiş etdirildi. Video-çarxda təbii fəlakətlər, dəm qazı təhlükəsi, yanğın və zəlzələ, ilan və əqrəb sancması, torpaq sürüşməsi kimi fövqəladə hallarda təhlükəsizlik qaydalarına riayət və qorunma qaydalarından bəhs olundu. İlkin həkimə qədər tibbi yardım metodları, əleyhqazdan və odsöndürücü balonlardan istifadə qaydaları izah edildi, əyani nümayiş etdirildi. Təhlükə anında FHN-nin “112” qaynar xəttinə müraciət edilməsi tövsiyə edildi. Tədbir və video-çarx iştirakçılar tərəfindən maraqla qarşılandı, suallara çıxışçılar tərəfindən ətraflı cavablar verildi.