XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Fevral, 2020
Muzey əməkdaşı mühazirə oxuyub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Qafarlı Qənirə və Dadaşova Kübra Binəqədi rayonu 182 saylı tam orta məktəbdə olublar. Q.Qafarlı şagirdlərə "Milli Azərbaycan Tarixi Muzeyi 100 ildə” mövzusunda mühazirə oxuyub. Slaydlarla müşayiət olunan çıxışda Muzeyin tarixi, yerləşdiyi tarixi bina, strukturu, ekspozisiyası, fondları haqqında ətraflı məlumat verilib. Mühazirəçi gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışıb. Mühazirə məmnunluqla qarşılanıb, verilən suallar Q.Qafarlı tərəfindən ətraflı cavablandırılıb. Mühazirənin sonunda Muzeyin meneceri K.Dadaşova ilə məktəbin müdiriyyəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.