XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Mart, 2020
Muzeydə XX əsrin əvvəlinə aid bolşevik mətbuatı nümunələri qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında XX əsrin əvvəllərinə aid bir sıra qəzet və jurnallar saxlanılır. Bunlara muzeyin Sənədli mənbələr fondunda olan bolşevik mətbuatı nümunələrini - “Dəvət-Qoç” (№1, 26 may 1906-cı il, Azərbaycan və erməni dillərində) və “Кавказский рабочий листок” (4 (17) dekabr, 1905-ci il, rus dilində) qəzetlərini göstərə bilərik. Həmçinin Neqativ fondunda “Hümmət” sosial-demokrat təşkilatının rəhbər xadimləri olan N.Nərimanov, M.Əzizbəyov və S.M.Əfəndiyevin “Hümmət” qəzetinin redaksiyasında birgə əks olunduqları rəsm əsərinin neqativi (İnv.№5232) saxlanılır. Bu materiallar Azərbaycanın sovet dövrü tarixinin tədqiqi baxımından böyük əhəmiyyətə malikdir.