XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Mart, 2020
Akademik Nailə Vəlixanlı Oksford Universitetində beynəlxalq kollokviumda çıxış edib
27-28 fevral 2020-ci il tarixində İngiltərənin Oksford Universitetində “Bərdə, Azərbaycan: Orta əsr şəhərinin arxeologiyasına dair kollokvium” keçirilib. Kollokviumda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzeyin elmi işçisi Aslan Qasımov iştirak ediblər. Akademik Nailə Vəlixanlı “Azərbaycanda orta əsrlər arxeologiyası”; Aslan Qasımov “Milli Azərbaycan Tarixi Muzeyində Bərdə materialları” mövzularında məruzə ilə çıxış ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.