XƏBƏRLƏR
04 Mart, 2020
Muzeydə “Dörd ünsürdən biri – od çərşənbəsi” adlı musiqili-əyləncəli tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dörd ünsürdən biri – od çərşənbəsi” adlı musiqili-əyləncəli bayram tədbiri keçirilib. Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı gələn qonaqları salamlayaraq, Azərbaycanın əziz milli bayramı olan “Novruz” və od çərşənbəsinin qeyd olunmasının əhəmiyyətindən danışdı. Tarixçi alim Novruzun əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaratmasını bildirib. Sonra Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova bayramın atributlarından söz açaraq, tarixi dəyərləri yaşatmağın vacibliyini qeyd edib. Od çərşənbəsi elimizin adət ənənələrinə görə "Üsgü çərşənbə” də adlanır. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da məncə təsadüf deyildir. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir.
Daha sonra tədbirə dəvət olunan Azərbaycan Dövlət Akademik Musiqi Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı və Aztv kanalının solistlərinin ifasında musiqi və səhnələr ifa olunub.
Azərbaycan Dövlət Akademik Musiqi Teatrının rejissoru Elməddin Dadaşovun aparıcılığı ilə tədbirdə yaddaqalan musiqili ifalar nümayiş etdirən ifaçılar – Rövşən Hüseynov (klarnet), Şaiq Əsədov (zurna), Mollağa Əliyev (nağara), “O səs Türkiyə” yarışmasının finalçısı İlham Əsgəroğlu (saz), AzTV və Radiosu solisti, 2017-ci ildə Muğam müsabiqəsi qalibi Səma Sultan, Vaqif Mustafazadə adına “Sevil” qızlar ansamblının xanım solistləri (bədii rəhbər: Rəna Talibova), müğənni Orxan Abdullayev, aktrisa Telli Hüseynova və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının məharətli aktyorlarının nümayiş etdirdikləri səhnələr muzey əməkdaşlarında xoş təəssüratlar yaradıb. Tədbirdə Muzeyin Bərpa laboratoriyasının əməkdaşlarının əl işlərindən ibarət yüksək zövqlü və rəngarəng sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...