XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Mart, 2020
Muzey əməkdaşları beynəlxalq konfransda iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dos., Tural Şiriyev, Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirova və şöbənin kiçik elmi işçisi Fatma Qəniyeva 3-6 mart 2020-ci il tarixlərində beynəlxalq konfransda iştirak ediblər. Konfrans AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə keçirilib. “Multidisciplinary approaches in solving modern problems of fundamental and applied sciences” (“Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar”) adlı II beynəlxalq elmi konfransda Tural Şiriyev - “Azərbaycanda xalq musiqisində islam ənənələri”, Sevinc Nəsirova - “Azərbaycanda dəri istehsalı (MATM kolleksiyası əsasında)”, Fatma Qəniyeva isə “Bakı-Abşeron bölgəsində qonaqpərvərlik adətləri” adlı məruzələrlə çıxış ediblər. Qeyd edək ki, konfransda muzey materialları əsasında nümayiş olunan slaydlar yerli və xarici iştirakçıların marağına səbəb olub.