XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 May, 2020
Muzeydə din və fəlsəfə tarixindən bəhs edən kitab saxlanılır
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının "Nadir kitablar" fondunda fransız tədqiqatçı Q.Pastorun (1756-1840) fransızcadan ruscaya tərcümə olunmuş “Зороастр, Конфуций и Магомет, сравненные как основатели вер, законодатели и нравоучители: С приобщением табелей их догматов, законов и нравственности” (“Zərdüşt, Konfutsi və Məhəmməd, din yaradıcısı, qanunverici və nəsihətçi kimi müqayisəsi: onların ehkam, qanun və əxlaq qaydalarının birləşdirici cədvəli” (Перевод с французского Д.Т. Москва, 1793, 284 стр.) kitabı qorunur (İnv. № 2352). Kitabda Zərdüşt, Konfutsi və Məhəmməd peyğəmbərin tərcümeyi-halları və onların əsas dini, fəlsəfi ehkamlarından bəhs edilir. Kitab din və fəlsəfə tarixi ilə maraqlananlar üçün əhəmiyyətlidir.