XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 May, 2020
Muzey əməkdaşı beynəlxalq konfransda çıxış edib
18-20 may 2020-ci il tarixində Bakı Avrasiya Universitetində onlayn formatda Avrasiya Zirvəsi VI Elmi Araşdırmalar və Aktual Problemlər Konfransı keçirilir. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov konfransda “XIX əsrin ikinci yarısında İranda dini-siyasi duruma baxış (Mirzə Mülküm xanın yaradıcılığı əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb. Konfrans materialları nəşr ediləcəkdir.