XƏBƏRLƏR
20 May, 2020
Əziz izləyicilər!
Milli Azərbaycan Tarixi Muzeyi eksponatların toplanması, təbliği, elmi-tədqiqat işlərilə yanaşı elmi-kütləvi nəşrlərə də üstünlük verir. Bu istiqamətdə 2020-ci ildə Muzeyin 100 illiyinə həsr olunmuş bəzi nəşrləri olmuşdur ki, bu haqda sizlərə məlumat vermək istəyirik:
1. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Məhfuzə Zeynalovanın müəllifliyi ilə nəşr olunmuş Azərbaycan dilində “Əlifba” kitabı (Bakı, Elm və təhsil, 2020, 71 s.). Uşaq və yeniyetmələrə, o cümlədən yaşlılara xitab edən kitabda Azərbaycanın qədim tarix, maddi-mədəniyyət nümunələrinin, məişətdə işlənən müxtəlif əşyaların fotoşəkilləri və haqqında məlumat verilir. Onların artıq dilimizdən çıxmış, anaxronizmə çevrilmiş adları yadımıza salınır.
2. Akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Fərhad Cabbarovun müəllif və tərtibatçılığı ilə Azərbaycan və rus dillərində nəşr olunmuş “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə” albomu (Bakı, Elm və təhsil, 2020, 72 s.). Albomda görkəmli Azərbaycan xeyriyyəçisi, “millət atası” H.Z.Tağıyevin həyat və fəaliyyətini əks etdirən müxtəlif fotoşəkillər və haqqında məlumat verilir.
3. Akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Səbuhi Əhmədovun müəllifliyi ilə Azərbaycan və rus dillərində nəşr olunmuş “Üçtəpə kurqanındakı alban döyüşçüsü” kitabı (Bakı, Elm və təhsil, 2020, 24 s.). Kitabda Azərbaycanın Mil düzündəki Üçtəpə kurqanında arxeoloji qazıntılar zamanı aşkar olunmuş unikal artefaktlar haqqında məlumat verilir. Əksəriyyəti muzeyimizdə qorunan bu artefaktlar kurqanda dəfn edilmiş erkən orta əsr Qafqaz Albaniyası döyüşçüsünün türk tayfasından olduğunu sübut edir. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
4. Akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Sevinc Vahabovanın müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Azərbaycan şəhərlərinin açarları” kitabçası (Bakı, Elm və təhsil, 2020, 12 s.). Kitabçada muzeyin Silahlar və bayraqlar fondunda qorunan Azərbaycan şəhərlərinin tarixi açarları haqqında məlumat və fotoşəkillər təqdim edilib.
5. Akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d. Aida İsmayılovanın müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Sehrli çıraq” kitabçası (Bakı, Elm və təhsil, 2020, 24 s.). Kitabçada muzeyin işıqlandırma vasitələrindən ibarət kolleksiyasında yer alan müxtəlif yerli və xarici, tarixi çıraqlar haqqında məlumat və fotoşəkillər təqdim edilib.
6. Akademik Nailə Vəlixanlının elmi redaktorluğu və t.ü.f.d., dosent Gülzadə Abdulovanın müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Gözəllik ondur...” kitabı (Bakı, Elm və təhsil, 2020, 44 s.). Kitabda tarixi geyim mədəniyyətimiz, milli qadın geyimlərimiz haqqında məlumat və fotoşəkillər təqdim edilib.
7. Akademik Nailə Vəlixanlının elmi redaktorluğu və Fikrət Bağırovun müəllifliyi ilə Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində” kitabı (Bakı, Elm və təhsil, 2020, 24 s.). Kitabda məşhur rus fotoqrafı D.Yermakovun həyat və fəaliyyəti haqqında məlumat və Azərbaycanla bağlı çəkdiyi fotoşəkillər təqdim olunub.
Qeyd edək ki, bu yeni nəşrlər Muzeyin Elmi Şurasının qərarı ilə çap olunub.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...