AMEA Milli Azərbaycan Tarixi Muzeyində daimi ekspozisiyanın yeni-yeni materiallarla daha da zənginləşdirilməsi, qonaqlar üçün daha da baxımlı olması istiqamətində mütəmadi iş aparılır. Bu yaxınlarda Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin əlavə olunmuşdur. Muzey əməkdaşlarının uzun müddət ərzində apardıqları araşdırmalar nəticəsində Tağıyevə məxsus bir neçə orden və medal aşkarlanmışdır. Belə ki, vitrində H.Z.Tağıyevin müxtəlif illərdə təltif olunduğu İranın “Şir-i xurşid” ordeninin 1-ci dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III Aleksandrın tacqoyma mərasiminə
həsr olunmuş medal”, “İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə görə” medalları nümayiş etdirilir.
Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan H.Z.Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı tədqiqat və axtarışlar davam edir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.