XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 May, 2020
Muzey əməkdaşının məqaləsi dərc edilib
5-6 may 2020-ci il tarixində Türkiyənin Giresun şəhərində onlayn formatda IV Beynəlxalq Qaradənizə Sahili olan Ölkələr Simpoziumu keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov simpoziumda iştirak və çıxış edib. Simpoziumun materialları toplusunda Ə.Fərhadovun "Theme of Iran in the magazine of “Molla Nasraddin” (“Molla Nəsrəddin" jurnalında İran mövzusu") adlı tezisi (International Black Sea Coastline Countries Symposiume-4. Abstract Book. Giresun, 2020, 53 p., p.19-20) və məqaləsi nəşr edilib (International Black Sea Coastline Countries Symposiume-4. The Book of Full Texts, 5-6 May 2020, Giresun, 2020, 179 p., p.32-40). Məqalədə İran məşrutə inqilabı, Qacar şahlarının dövlət siyasəti, XIX əsrin sonu – XX əsrin əvvəllərində İran və Cənubi Azərbaycanın ictimai-siyasi, dini vəziyyətinə “Molla Nəsrəddin” jurnalının baxışı müqayisəli şəkildə təsvir və tədqiq edilmişdir.