XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
09 Aprel, 2020
ƏZİZ AZƏRBAYCAN XALQI!!!
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları sizləri dünyamızı sarmış və bəşəriyyəti təbiətdən təcrid etməkdə olan bu bəlaya qarşı birgə mübarizəyə dəvət edir! Muzey əməkdaşlarının özləri uzaq məsafələri sizin üçün yaxın edərək, əlbir şəkildə bu videoçarxı hazırlayıb ixtiyarınıza ərməğan edir. Zamanla gələn bəlalardan bizi güclü çıxardan HƏMRƏYLİYİMİZ olub! Məhz bu xüsusiyyətimiz bizi daim önə aparıb, gələcəyimizi işıqlandırıb. Bu gün xalqımızın daha çox həmrəyliyə, özünüintizama, təmənnasız xeyirxahlığa, sosial məsuliyyət və pozitiv düşüncəyə ehtiyacı vardır! "EL GÜCÜ - SEL GÜCÜ" deyib, onlayn sosial dairəmizi genişləndirərək bu videoçarx ilə bir-birimizə dəstək olaq! Videoçarxla bu linkdə tanış ola bilərsiniz:https://www.facebook.com/481681958539867/videos/222216785694358/