XƏBƏRLƏR
09 May, 2020
Hörmətli izləyicilər!
Milli Azərbaycan Tarixi Muzeyinin qarşısına qoyduğu ümdə məqsədlərdən biri də gənc nəslin təlim-tərbiyəsində vətənpərvərlik hisslərinin oyanmasına təsir etmə mexanizmini sürətləndirməkdir. Bu məqsədlə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlınin rəhbərliyi ilə keçirdiyimiz "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" adlı layihəmiz müsbət mənada geniş rezonans doğurdu. Layihəmizin bu dəfəki sayı bəşəriyyətin ən böyük savaşlarından biri olan II Dünya Müharibəsində qəhrəmanlıq salnaməsi yazan
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunub. Hec kimə sirr deyil ki, "Mixaylo" təkcə əfsanəvi partizan deyildi, həm də gözəl rəsmlər çəkirdi. Bakıda rəssamlıq məktəbini bitirən M.Hüseynzadə müharibə dövründə də bu qabiliyyətindən məharətlə istifadə edərək hərtərəfli bir qəhrəman oldugunu tarixin qanlı səhifələrinə şərəflə yazmışdır. Bu layihəmizdə Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının istedadlı şagirdləri Muzeyimizin Təsviri materiallar fondunda saxlanılan "Mixaylo"nun rəsm əsərlərinin oxşarlarını çəkərək bir daha bu unudulmaz partizana sevgi, hörmət və ehtiramlarını ifadə etmişlər. Zənnimizcə 9 may tarixində istedadlı şagirdlərimizin bu əl işi hər bir Mehdisevərə və Sovet İttifaqı Qəhrəmanlarına bir töhfə olacaqdır.
Layihəmizin bu dəfəki sayında göstərdikləri dəstəyə görə Milli Azərbaycan Tarixi Muzeyinin "Təsviri materiallar" fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovaya, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Gənc bələdçi" dərnəyinin rəhbəri Günel Quliyevaya və Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının təsviri incəsənət müəllimi Sədaqət Abbasovaya öz dərin təşəkkürümüzü bildiririk.
Mehdi Hüseynzadənin rəsm əsərləri haqqında ətraflı məlumat verən Muzeyin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovanın "Mixaylo" həm də rəssam idi" adlı çox maraqlı məruzəsi ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:⤵️
https://youtu.be/iN600IozIpU
https://www.facebook.com/481681958539867/posts/3906288219412540/
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...