XƏBƏRLƏR
22 May, 2020
Muzeydə gəc-bəzəklər qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin fond müdiri, t.ü.f.d. Aida İsmayılovanın verdiyi məlumata görə Şəmkir şəhər yerindən tapılmış gəc bəzəklərdən bəzi nüsxələr Arxeologiya fondunda mühafizə olunur. 2010-cu ildə Şəmkir şəhər yerindən aşkar olunmuş beş ədəd gəc bəzək fraqmenti IX-X əsrlərə aid edilən monumental binanın arxeoloji qazıntısından əldə olunub. Fraqmentlərdən biri düzbucaqlıya yaxın formada olub üzərində nəbati naxış elementi vardır. Digər bir fraqmentdə üçbucağa yaxın elementdə üç nöqtə -batıq salınıb. Üçbucağı əhatələyən qabarıq zolaqların bəzək qırıldığından xarakteri aydın deyil. Kiçik bir fraqmentdə isə iki qabarıq zolaq arasında qönçəyəbənzər naxış elementi yerləşib. Dörd və beşinci fraqmentlərdə də naxış elementlərini müəyyənləşdirmək çətindir.
Fraqmentlərdən bəlli olur ki, onların hamısı ikiqatlı gəc bəzəyin qırıqlarıdır. Bir fraqmentdə qırmızı boya izinin qalması gəc bəzəkdə həm də qırmızı boyanın tətbiq edildiyini deməyə əsas verir. Fraqmentlərin təhlilinə əsasən bəzəyin nəbati və epiqrafik naxışlardan ibarət olduğunu güman etmək olar.
Arxeoloji tədqiqatlar gəctəraşlığın Azərbaycanda geniş yayıldığını təsdiq edir. Dərbənd, Şəmkir, Xaraba-Gilan şəhər yerlərində aparılan qazıntılar nəticəsində xeyli gəc bəzəklər tapılmışdır. Onların hamısı fraqmentlə təmsil olunub. Fraqmentlər əsasında müəyyənləşdirmək olur ki, divara və ya karniz hissəyə əvvəlcə astar rolunu oynayan gəc suvaq vurulur, daha sonra ikinci qat salınır və oyma naxışla bəzədilirdi.
Müsəlman Şərq memarlığında ictimai-dini və yaşayış binalarının interyerinin bədii tərtibatında gəc bəzəklər geniş tətbiq olunurdu. Hələ erkən islam dövründə Samirə şəhərinin ictimai-dini və yaşayış binalarının bədii tərtibatında gəc üzrə oymakarlıqla yüksək bədiiliyi ilə fərqlənən zəngin bəzəklər salınmışdır.
Müsəlman Şərq memarlığı üçün maraqlı bəzək çeşniləri yaratmağa imkan verən gəcdən interyerin bədii tərtibatında geniş istifadə olunmasıdır. Xalis gəclərin kimyəvi tərkibi kalsitə yaxın olub, belədir: CaO 56% və CO2 44%. Gəc, onun adını müəyyən edən bəzi qarışıqları da özündə birləşdirir, bunlara gil mineralları, dolomit, kvars, gips, pirit və üzvi maddələrin qalıqları daxildir. Gəc adətən ağ, açıq boz, sarımtıl rəngdə olur, lakin üzvi, dəmir və marqans qarışıqları onu tünd boz, qara, qəhvəyi, qırmızı və yaşılımtıl rəng verir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...