XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 İyun, 2020
Sev tarixini, çək mənzərəni, unutma keçmişini, yarat gələcəyini!
Ölkəmizdə "COVID-19" səbəbilə “Sosial izolyasiya tədbirləri”nin keçirildiyi bir vaxtda Milli Azərbaycan Tarixi Muzeyində yeni - “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” adlı layihə uğurla davam etdirilir. Layihənin bu dəfəki sayı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin qarşısına qoyduğu ümdə məqsədlərdən biri də gənc nəslin təlim-tərbiyəsində vətənpərvərlik hisslərinin oyanmasına təsir etmə mexanizmini sürətləndirməkdir. Bu gün tariximiz, mədəniyyətimiz bizə bir muzey qədər yaxındır. Müasir texnoloji yeniliklərlə təchiz olunan muzeyimiz ən qədim zamanlardan müasir dövrümüzədək Azərbaycan tarixini addım-addım izləmə, öyrənmə imkanı verir hər birimizə. Milli Azərbaycan Tarixi Muzeyi bəzən konfranslar, tədbirlər keçirərək, bəzən də balalarımıza qəlblərində yatan qəhrəmanı oyatma şansı verən kiçik layihələrlə böyük işlər görür. Layihənin məqsədi məktəblilərə tarixə dair yeni biliklər vermək, hobbilərinə, gələcək peşə seçimlərinə yardım etmək və yenilik qatmaqdır. Layihənin rəhbəri - Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır. Layihənin bu dəfəki iştirakçıları - 14 şəhər, rayon və fərdi təhsil məktəbinin şagirdləri - Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdi Əsmər Vəliyeva, Qubadlı rayonu F.İ.Mehdiyev adına Qaralar kənd orta məktəbinin şagirdi Ayan Musayeva, İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin şagirdi Zəhra Ağayeva, Salyan şəhər A.Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Xədicə Salmanzadə, Zəngilan rayonu 29 saylı tam orta məktəbin şagirdi Nərmin Əsgərli, Abşeron rayonu Məmmədli kənd tam orta məktəbinin şagirdi Xədicə Məmmədova, Bakı şəhəri 83 saylı tam orta məktəbin şagirdi Fidan Məmmədova, Sumqayıt şəhər 31 saylı tam orta məktəbin şagirdi Tovuz Abdulhəsənova, Qobu qəsəbə 3 saylı tam orta məktəbin şagirdi Yeganə İbrahimova, Ceyranbatan qəsəbəsi 2 saylı tam orta məktəbin şagirdi Xanımnisə Rzazadə, Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin şagirdi Nərmin Alıyeva, Sumqayıt şəhər Evdə Fərdi Təhsil məktəbinin şagirdi Murad Xudiyev, Lənkəran rayonu V.Həsənov adına Liman şəhər 2 saylı tam orta məktəbin şagirdi Ülviyyə Xasiyeva, Xırdalan şəhər 5 saylı tam orta məktəbin şagirdi Fatimə İbrahimlidir. Layihənin təşkilində Zəngilan rayon 29 saylı tam orta məktəbin tarix müəllimi Günay İbrahimova da iştirak edib.