XƏBƏRLƏR
12 İyun, 2020
Muzeydə Çexiya kronası qorunur
II dünya müharibəsinin 75 illiyi ilə əlaqədar bir sıra faktiki materiallar aktuallıq kəsb edir. Belə materiallardan biri hazırda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunda qorunan 1942-ci ildə Bohemiya və Moraviya Protektoratında istehsal edilmiş 10 kron nominallı banknotdur (İnv. 2067, kağız pul nişanı).
II Dünya müharibəsi dövrünün pul təsərrüfatında istifadə edilən bu banknotun tarixinə ümumi nəzər salaq: Almaniyanın 1939-cu ildə Çex əyalətlərini işğalından sonra Böyük Almaniya Reyxi tərkibində Bohemiya və Moraviya protektoratlığı yaradıldı və kronlar bu ərazidə istehsal edildi.
Açıq çəhrayı və sarımtıl tonlara malik 10 nominallı kronun üst tərəfi: Meyvələr və çiçəklərdən ibarət dördbucaqlı çərçivədə - Almaniyanın dövlət xadimi, aviasiya sahəsi üzrə fəxri titullara malik, general Hermann Geringin (1932 - 1945) ikinci həyat yoldaşı, kino və teatr aktrisası Emmi Geringin (1893 - 1973) uşaqlıq fotosu yer almışdır. Mərkəzi hissədə çex dilində banknotun istehsal yeri, nömrəsi, buraxılış ili, sol və sağ tərəfdə nominal əks edilmişdir.
Arxa tərəfdə: fərqli naxışlı kartuşda solda nominal, mərkəzdə çex dilində nominal və ölkənin adı yazılıb, yazının fonunda üzü sol tərəfə istiqamətlənən taclı şir (şahə qalxmış) təsviri, banknotun sağ tərəfində yuxarıda nominal əks edilib.
1941-1945-ci illər müharibəsi illərində Almaniyanın işğalı altında olan ölkələrdə buraxılan banknotlar sonralar yeni emissiya sisteminə keçdi. Bu pulların üzərindəki təsvirlərdə nasizmin əlamətləri olduğuna görə bunların sonrakı istehsalına qadağa qoyuldu.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...