XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Avqust, 2020
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı "Birliyin Ulduzları" Dövlətlərarası Mükafatının laureatı adına layiq görülüb
MDB-ə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Mükafatlandırma Şurası tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 2019-cu il üçün "Birliyin Ulduzları" Dövlətlərarası Mükafatının laureatı adına layiq görülüb. Bu barədə məlumat Fondun icraçı direktoru E.R.Dolya tərəfindən akademik Nailə Vəlixanlıya göndərilmiş məktubda bildirilib. Məktubda deyildiyi kimi, bu mükafatın verilməsi MDB ölkələri tərəfindən Nailə xanımın yaradıcı əməyinə və humanitar sahədəki uğurlarına verilən yüksək qiymətləndirmədən xəbər verir. "Birliyin Ulduzları" Dövlətlərarası Mükafatı diplomdan, Mükafat laureatının fəxri nişanından və ona verilən sertifikatdan ibarətdir və hər il təntənəli şəkildə təqdim olunur. Hal-hazırda epidemioloji vəziyyəti nəzərə alaraq, mükafatlandırılma mərasiminin formatı hazırlanır. Muzeyin kollektivi adından akademik Nailə Vəlixanlını təbrik edir, uğurlarının davamını diləyirik.