XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Sentyabr, 2020
Muzeydə "Neft Daşlarında yeni mədəniyyət evi"ni əks etdirən fotoneqativ qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda 1955-ci ilə aid "Neft daşlarında yeni mədəniyyət evi"ni əks etdirən fotoşəklin neqativi (İnv.No.5870) saxlanılır. Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şərqdə yerləşir. 7 noyabr 1949-cu il tarixində ilk quyu neft fontanı vurmuş və bununla dünya nefti tarixində açıq dənizdə neft çıxarılmasının əsası qoyulmuş, Qara Daşlar Neft Daşlarına çevrilmişdir. 1951-ci il fevral ayının 18-də neftlə dolu ilk tanker Neft Daşlarından yola salınmışdır. Neft Daşlarında estakadaların və estakadayanı meydançaların tikintisinə 1951-ci ildən başlanmışdır. Neft Daşlarına sərnişin və yükdaşıma ilk illərdə yalnız gəmilərlə həyata keçirilmişdir. 1952-ci ildən Artyom (indiki Pirallahı) rayonunun bir qəsəbəsi kimi fəaliyyət göstərən Neft Daşları dünya dəniz neftinin beşiyi, elmi-texniki intellektin möcüzəsi kimi daim diqqət mərkəzində olmuşdur.