XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Sentyabr, 2020
Muzeydə Osmanlının Məcidiyyə nişanı qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda h. 1268-ci ilə aid Məcidiyyə nişanı qorunur (inv. No-1756, diametri – 60 mm, uzunluğu – 95 mm). Günəş formasında olan gümüş nişanın yuxarı hissəsində beşguşəli ulduz və aypara, ondan aşağıda yeddi bucaqlı şüalar olan ulduzun guşələrində yeddi aypara-ulduzlar, mərkəzdəki qırmızı minadan olan dairənin üzərinə qızılı rəngli ərəbcə yazılar – “səadət”, “qeyrət”, “hamiyyət” və “1268” (m. 1851-ci il. Nişan Osmanlı sultanı Əbdülməcidin hakimiyyəti dövründə təsis edilmişdir) həkk edilmişdir. Dairənin daxilində Osmanlı tuğrasının təsviri, nişanın arxa tərəfində isə aypara daxilində yazılar vardır. Məlumdur ki, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinə hərbi kömək göstərmək üçün Qafqaz İslam Ordusu yaradılmışdı. Azərbaycanda həmin dövrdə təltif nişanları olmadığından Azərbaycan hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. Hazırda Türkiyə Cümhuriyyətinin hərbi arxivlərində azərbaycanlı hərbçilərin təltifləri barədə məlumatlar olan sənədlər qorunur. В Музее хранится знак Меджидие Османидов В Фонде Материалов Вспомогательных Исторических дисциплин хранится Нацинального Музея истории Азербайджана НАНА хранится знак Меджидие 1268 года по хиджры (инв. № 1756, диаметр – 60 мм, длина – 95 мм). В Верхней части серебряного знака в виде солнца прикреплена пятиугольная звезда и полумесяц, ниже в семи излучениях изображены звезды с семью серпами и под ними в центре кружочка из красной черни арабская надпись, гласящая «счастье», «честь», «покровительство» и «1268». (Знак был учреждён в период правления османского султана Абдулмаджида в 1851 году). Внутри круга - описание османской тугра, а на обратной стороне значка - надписи внутри полумесяца. Известно, что Кавказская исламская армия была создана в 1918 году для оказания военной помощи Азербайджанской Демократической Республике. Так как в то время в Азербайджане не было своих медалей, азербайджанские военнослужащие также были награждены орденами и медалями Османского государства. В настоящее время в военных архивах Турецкой Республики хранятся документы, содержащие информацию о наградах азербайджанских военнослужащих.