XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Sentyabr, 2020
Hörmətli dostlar!
Bildiyiniz kimi, 2020-ci il avqustun 31-dən etibarən ölkəmizdəki muzeylərin fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Nəzərinizə çatdırırıq ki, Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən H.Z.Tağıyevin Xatirə muzeyi və faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin qapıları ziyarətçilər üçün 2020-ci il sentyabrın 7-dən açıq elan olunub. Karantin günlərində Muzeyə giriş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçiriləcək. Muzey hər gün, şənbə və bazar günləri istisna olmaqla saat 10.00-dan 17.00-dək işləyir. Əlavə məlumat üçün (+994) 12-598-17-46 nömrəsinə zəng edə bilərsiniz. Sizi yenidən muzeyimizdə görməyə şad olarıq.