XƏBƏRLƏR
14 Sentyabr, 2020
Muzeydə “Zoom” platforması vasitəsilə 15 sentyabr – Bilik Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanda 15 sentyabr Bilik Günü elan olunub.
Bu münasibətlə Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Zoom platforması vasitəsilə 14 sentyabr 2020-ci il tarixində Bilik Gününə həsr olunmuş tədbir təşkil olunub.
Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi və Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin təşkilatçılığı ilə keçirilib.
Tədbiri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi açıq elan etdikdən sonra Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Xədicə Hüseynovanın təqdimatında “Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi”nə virtual ekskursiya və Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Sara Əhmədovanın təqdimatında Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgiyə virtual ekskursiya təqdim olundu. Virtual ekskursiyalar şagirdlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanııb.
Tədbirdə Muzey əməkdaşları, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, ümumi təhsil məktəbləri, gimnaziya və liseylərin müəllim və şagird heyəti iştirak edib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...