XƏBƏRLƏR
17 Sentyabr, 2020
Muzeydə “Bu, mənim Vətənimdir!” adlı foto müsabiqə keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində “Bu, mənim Vətənimdir!” adlı foto müsabiqəsinin qalibləri təltif olundu. Milli Azərbaycan Tarixi Muzeyində karantin qaydaları tam nəzərə alınaraq, iştirakçıalrın sayı 10 nəfəri ötmədən maraqlı tədbir keçirildi. Tədbirdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı da iştirak edib. «İRS» jurnalı və Azərbaycan Fotoqrafları Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto müsabiqəsinin nəticələrini elan etdi. Qaliblər may ayından münsiflər tərəfindən seçilmiş olsa da, pandemiya ilə bağlı karantin qaydalarına görə onların təltif olunması yubadılmışdır. Yaranmış karantin rejiminə görə qaliblərin elan olunmasının yubadılma səbəbi müsabiqə iştirakçılarının nəzərinə çatdırılmışdır. Qaliblərə mükafatlar MATM rəhbərliyi, “İrs” jurnalı və AFB rəhbərliynin iştirakı ilə fərdi qaydada təqdim olunmuşdur: – «Mənim diyarım». Ilk beşliyə seçilənlər Fərqanə Qasımlı, Zamin Cəfərov, İlham Mustafayev, Mustafa Səfərov və Araz Adiloğlu. QALİB İlham Mustafayev – «Mənim şəhərim». Ilk beşliyə seçilənlər, Əfsanə Rəsulova, Fidan Nazimqızı, Etibar Cəfərov, Nurlan Tahirli və Murad Orucov. QALİB Etibar Cəfərov – «Adətlər və ənənələr». Ilk beşliyə seçilənlər, Arzu Mürvətova, Fərqanə Qasımlı, Nurlan Tahirli, Etibar Cəfərov və Rüstəm Hüseynov. QALİB Fərqanə Qasımlı «Azərbaycan təbiəti». Ilk beşliyə seçilənlər, Məhsəti Hüseynova, Mahir Rüstəmli, Azərçin Muradov, İlqar Əzimov və Zamin Cəfərov. QALİB Mahir Rüstəmli «Dəniz». Ilk beşliyə seçilənlər, Elman Hüseynov, Coşğun Süleymanov, Araz Adiloğlu, Rüstəm Hüseynov və Xalid Kərimov. QALİB Araz Adiloğlu «Dağlar». Ilk beşliyə seçilənlər, Azərçin Muradov, Zamin Cəfərov, Əsəd Səfərov, Togrul Cəfərov və Araz Adiloğlu. QALİB Zamin Cəfərov «Yuxarıdan görünüş». İştirakçı Xalid Kərimov. QALİB yoxdur Hər nominasiya üzrə müəyyən edilən qalibə (cəmi 6 nəfər) pul mükafatı verilmişdir. Müsabiqədə hər nominasiyada ilk beşlikdə yer tutumuş fotolar «IRS» və «Azerbaijan Airlines» jurnallarında, həmçinin «IRS Publishing House» nəşriyyat evinin «Irs-Heritage-Наследие» seriyası üzrə çap edilən kitablarında dərc olunmuşdur. Hər bir cap məhsulundan müəlliflərə iki nüsxə hədiyyə olunmuşdur. Münsiflər heyətinin rəhbəri Rusiya Beynəlxalq Peşəkar Fotoqraflar Gildiyasının vitse-prezidenti Sergey Kivrindir. Münsiflər heyətinin üzvləri – Musa Mərcanlı («IRS» və «Azerbaijan Airlines» jurnallarının baş redaktoru), Andrey Vasilyev (Dubaydakı “IRS Publishing House” nəşriyyatının şef-redaktoru), Yelena Çirikova (“Azerbaijan Airlines” jurnalının dizayn-direktoru).
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...