XƏBƏRLƏR
23 Sentyabr, 2020
Görkəmli həkim Mustafa Topçubaşovun Stalin mükafatına layiq görüldüyü ixtirası “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgidə nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunmuş faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunan “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgidə görkəmli həkim, cərrah Mustafa Topçubaşov tərəfindən kəşf olunmuş “yad cismləri xaricetmə qurğusu” nümayiş olunur. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi, Bolqarıstan Elmlər Akademiyasının vitse-prezidenti Mustafa Topçubaşova (1895-1981) məxsus nadir eksponatlar Muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda qorunur. Bu, II Dünya müharibəsi illərində alimin ixtira etdiyi unikal tibb aləti olan “Yad cisimləri bədəndən xaric etmək üçün qurğu” və ona aid müvafiq kitabdır. Qurğu bədəndən mərmi qırıntılarını, güllələri, qəlpələri çıxarmaq üçün nəzərdə tutulmuşdur. Ağ metaldan hazırlanmış qurğunun hündürlüyü 35 sm, uzunluğu 72 sm-dir. Aparat 1958-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinə Mustafa Topçubaşovun özü tərəfindən hədiyyə edilmişdir. Onun Muzeyə təqdim etdiyi materiallar əsasında məlum olur ki, “sehrli iynə” adlanan bu aparatdan o dövrün bir çox cərrahiyyə klinikası istifadə etmiş, yüzlərlə yaralıya kömək olunmuşdur.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...