XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Sentyabr, 2020
Muzey əməkdaşının məruzəsi beynəlxalq topluda nəşr edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi Fatma Qəniyevanın “Müasir cəmiyyətdə qonaqpərvərliyin inkişafında texnologiyanın yeri və rolu” adlı məruzəsi çap edilib (s. 126 - 130). Məruzə 17-19 avqust 2020-ci il tarixində Yaponiyanın Tokio şəhərində onlayn formatda keçirilmiş II Beynəlxalq Müasir Elmi Tədqiqatlar Konqresinin “Məruzələr” toplusunda yer alıb. Məruzədə tədqiqatçılar tərəfindən bu terminin yaranması, təsnifatı və qonaqpərvərliyin bir neçə növləri (korporativ, siyasi-milli, ailə-məişət qonaqpərvərliyi və s.), o cümlədən informasiyalaşdırılmış cəmiyyətdə qonaqpərvərlik ənənələri barədə də məlumat verilib.