XƏBƏRLƏR
24 Sentyabr, 2020
“Azərbaycan II Dünya müharibəsi illərində” sərgisində qvardiya mayoru Əliheydər İbrahimova aid materialar
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin kiçik elmi işçisi Nərmin Qasımovanın verdiyi məlumata əsasən, faşizm üzərində qələbənin 75-ci ildönümü ilə əlaqədar Muzeydə təşkil olunmuş “Azərbaycan İkinci Dünya mübaribəsi illərində” sərgisində Böyük Vətən müharibəsinin iştirakçısı, 4-cü qvardiya Kuban korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, qvardiya mayoru Əliheydər İbrahimova aid eksponatlar nümayiş olunur.
Əliheydər İbrahimova aid sənəd, xatirə silahı, orden və medallar, şəxsi əşyalar 1963-cü ildə ailəsi tərəfindən Muzeyə təhvil verilmişdir. Həmin əşyalar hazırda muzeyin 4 fondunda qorunur.
1920-ci illərdən süvari hissələrdə hərbi xidmətdə olan peşəkar hərbçi Əliheydər İbrahimov atçılıq idmanı ilə fəal məşğul olmuş, bir neçə at yarışmalarında qalib gəlmiş, Ümumittifaq miqyaslı bir qələbədən sonra marşal S.Budyonnı onu təltif edərək (xatirə hədiyyəsi sərgidə nümayiş olunur) Qırmızı Ordu üçün atçı kadrların hazırlanması işinə cəlb etmişdir. Rostov və Bakı ippodromlarının yaradılmasında xidmətləri olan Ə.İbrahimov ordudan istefaya çıxdıqdan sonra Bakı ippodromunun direktoru vəzifəsində çalışmışdır. 1941-ci ildə alman-faşist işğalçıları SSRİ-yə hücum etdiyi zaman Əliheydər İbrahimov müharibədə iştirak etmək üçün müraciət edir, yenidən süvari komandiri kimi xidmət etməyə başlayır. 1941-1943-cü illərin ağır döyüşlərində fəal iştirak etmiş Ə.İbrahimov 1944-cü ildə divizion komandiri vəzifəsində işğal olunmuş ərazilərin azad edilməsində iştirak edir. Bir sıra orden və medallar, o cümlədən nadir sərkərdəlik təltif nişanı olan "Aleksandr Nevski" ordeni ilə təltif edilən qəhrəman Brest şəhər və qalasının azad olunmasında böyük fəallıq, qəhrəmanlıq göstərmişdir. Bu döyüşlərdə ağır yaralanan, iki gözünü də itirən, 17 qəlpə yarası alan Ə.İbrahimov həyat yoldaşının köməyi ilə müalicə olunur, fəal həyata qayıdır. Onun və həyat yoldaşının mübarizəsi haqqında yazıçı P.Simonov “İki ürək” adlı povest yazmış, mərkəzi radio və qəzetlərdə oçerklər dərc olunmuşdur.
Sərgidə Ə.İbrahimovun qılıncı, pilotkası, orden və medalları, Ali baş Komandanın təşəkkürnamələri, əmrlərdən çıxarışlar nümayiş olunur.
500-ə yaxın eksponat, 300-ə yaxın fotoşəkil nümayiş olunan “Azərbaycan II Dünya müharibəsi illərində” sərgisində Azərbaycan xalqının faşizm üzərində qələbənin qazanılmasına verdiyi töhfəni əyani olaraq görmək mümkündür.
Xatırladaq ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyində həftənin I – IV günlərində saat 10.00-dan 17.00-dək açıqdır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...