XƏBƏRLƏR
24 Sentyabr, 2020
Muzeydə qravyür sənət sahəsi üzrə Azərbaycanın ilk xanım rəssamı Maral Rəhmanzadənin rəsm əsərləri qorunur
Azərbaycan Respublikasının xalq rəssamı, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Maral Rəhmanzadə, Azərbaycannın ilk peşəkar xanım rəssamı kimi adını tarixdə əbədiləşdirib. Maral Rəhmanzadə 23.06.1916-cı ildə Bakıda anadan olmuş və 16.03 2008-ci ildə 92 yaşında haqq dünyasına qovuşmuşdur.
Rəssamın Muzeyin “Təsviri materiallar” fondunda müxtəlif janrlarında işlədiyi möhtəşəm rəsm əsərləri, sənət inciləri saxlanılmaqdadır.
Onlardan "Sabunçuda neft mədəni" (İF. 47. Litoqrafiya), "Sumqayıt çöllərində" (İF. 49. Rəngli litoqrafiya), "İliç buxtasında neft fontanı" (İF. 77. Litoqrafiya), "Dənizdə neft" (İF. 104. Litoqrafiya), "Borularla buraxılmış fontan" (İF. 105. Litoqrafiya) nümunə göstərilə bilər.
Rəssamın “Təsviri materiallar” fondunda bu əsərlərdən başqa ”Atəşpərəstlər Suraxanıda”, ”Mancanaq insanı əvəz edir”, "Vətən üçün neft”, "Bakı fasiləsiz neft verir”, “Neftlə dolu tuluqlar” və ”Qazma” əsərləri də var. Əsərlər əsasən eyni ölçüdə və hər biri litoqrafiya üslubunda işlənilmişdir. Litoqrafiya, müstəvi çap üsulundan istifadə olunaraq yaradılan sənət əsəri növüdür. Muzeydə saxlanılan bu əsərlər rəssam tərəfindən kömürün sonrakı istifadə mərhələsinin öyrənilməsi baxımından qara akvarel texnikasında işlənmişdir. Göründüyü kimi, Maral Rəhmanzadə ilk qadın rəssam olaraq, Xəzər neftçilərinin iş həyatının ən xarakterik epizodlarını, eləcə də Neft daşları işçilərinin maraqlı yönümlərinə 15 ədəd rəngli litoqrafdan ibarət əsərlər seriyası yarada bilmişdir. Bunlardan da 10 ədədi Muzeydə saxlanılır və vaxtaşırı sərgilənməkdədir. Əsərlərin hər birində Azərbaycanın neft sənayesi ilə dərindən maraqlanan rəssam bu mənzərələri, neft anbarlarını, neft qurğularını, neft yükləmələrini rənglərin dili ilə xalqa çatdıra və tarixə qovuşdura bilmişdir. Bu litoqrafiya seriyaları M.Rəhmanzadəyə geniş şöhrət qazandırmış və əsərləri dəfələrlə SSRİ-də və xarici sərgilərdə nümayiş etdirilmişdir. Belə möhtəşəm əsərləri yaratmaq üçün rəssam hər gün işçilərlə birlikdə dənizə çıxar, onların əməyini saatlarla müşahidə edər və insan cəsarətinin təbii fəlakətə qarşı qəhrəmancasına qarşıdurmasının şahidi olardı. Məhz buna görə də o, ″Neft daşları″na həsr etdiyi natura etüdlərini, rəsmləri və iri formatlı akvarel mənzərələrini, 1947-ci ildə isə 10 lövhədən ibarət “Neft” adlanan ton linoqravürlər seriyasını yarada bildi. Xüsusilə qrafik janrda işləyən və hər bir əsəri ilə incəsənət tarixində özəl yeri olan Maral Rəhmanzadəni digər xanım rəssamlardan fərqləndirən cəhət, mənzərələrdən qrafikaya qədər, linoqravür, sulu boya, rəsm və portretlərinə qədər bütün işlərində tərənnüm etdiyi vətəninə olan hədsiz sevgisi idi. O, əsrlərlə təkmilləşdirilən mövzulara yeni nəfəs gətirir və təsviri sənətdə özünəməxsus ustalıqla orijnal mövzular seçə bilirdi.
Rəssamın əl işləri Moskva, London, Nyu-York, Paris, Tokio və dünyanın digər şəhərlərinin tanınmış muzeylərində, rəsm qalereyalarında və mötəbər sərgi salonlarında uğurla nümayiş etdirilməklə, Azərbaycan boyakarlığına beynəlxalq miqyasda şöhrət gətirmişdir. Onun xarici ölkələrdə dəfələrlə təşkil olunmüş fərdi sərgiləri mədəniyyətimizin təbliğinə xidmət etmişdir. Hətta uğurlarının davamı kimi Moskvanın SSRİ Rəssamlar İttifaqının sərgi zalında M.Rəhmanzadənin 70-dən artıq rəsmi, sulu boya və linoqravür işləri sərgilənmişdir. Daha sonra o, müəllimi Favorski, habelə Nisski, Vereyski və digərləri ilə birlikdə Londonda sovet qrafikasına həsr olunmuş Kral Rəssamlıq Akademiyasının qalereyasında keçirilən sərgidə ″Neft daşları″ seriyasından bir neçəsini sərgiləməyə nail olub. Uğurlu bir nəticə kimi bu əsərlər, sadəcə, Britaniya qəzetlərinin sərgiyə həsr edilmiş nüsxələrində deyil, orada nəşr olunmuş kitabda da yüksək qiymətləndirilib. Kitabda müəllifə ayrıca bir məqalə həsr edilib.
Maral Rəhmanzadənin 1957-ci ildə Moskvada “Bizim Xəzədə” adlı albomu buraxılır və dərhal da biblioqrafik inciyə çevrilir. Bu alboma daxil olan işlərin çoxu hazırda Tretyakov qalereyasında nümayiş etdirilir. Onların ən yaxşısı “Yeddi gəmi adası” adlı rəngli avtolinoqravürdür. Bu sənət incisi rəssamın ən ciddi nailiyyətlərindən biri oldu. Buna görə də bütün dünya Maral Rəhmanzadənin istedad və fədakarlığından xəbər tutdu. İndiyə kimi bu fədakarlığı, yəni Maral xanımın atdığı addımı heç kim təkrarlaya bilməmişdir.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallarla təltif olunmuş, müstəqil respublikamızın ali mükafatlarından olan "Şöhrət" ordeninə layiq görülmüşdür.
Bu günə qədər bu heyranedici rəssam qadının yaradıcılığı qarşısında öz minnətdarlıq hisslərini yaşayan neftçilər, onu yaddaşlarında həmişəlik yaşadırlar. Maral Rəhmanzadə öz ölkəsini səmimi-qəlbdən sevən, vətəninin qüdrətini və gözəlliyini tablolarında tərənnüm edən ilk və hələ də yeganə qadın olaraq qalmaqdadır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...