XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Sentyabr, 2020
1 Oktyabr - Beynəlxalq Ahıllar Günündə Muzeyə giriş pulsuz olacaq
BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilir. 2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl sayılır. Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi bu gün münasibətilə Azərbaycan ahıllarını təbrik edir. Nəzərinizə çatdırırıq ki, oktyabrın 1-də ahıllar üçün Muzeyə giriş pulsuz olacaq.