XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Oktyabr, 2020
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan ordusuna dəstək məqsədilə tədbir keçirilib. Tədbirdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib, son günlərdə Azərbaycanın işğal altında olan torpaqlarında gedən döyüşlərdən danışıb. Bildirib ki, Azərbaycan Respublikası 30 ildən çox işğal altında olan torpaqlarımız uğrunda, haqq işimiz uğrunda döyüşür, şəhidlərimiz, yaralananlarımız var, amma həm Ali Baş Komandanın başçılıq etdiyi ordumuzda, həm də ordumuzun uğurlarından ruhlanan, ona inanan xalqımızda qələbə əzmi güclüdür. Bu baxımdan biz Azərbaycan xalqının tarixini əks etdirən, maddi və mədəni sərvətini qoruyan mədəniyyət ocağı olaraq Azərbaycan əsgərlərinə öz töhfəmizi verməliyik. Bu hər bir Azərbaycan vətəndaşının, millətinin Vətən borcudur. Bir tarixçilər kimi biz bu mürəkkəb dövrdə tarixi həqiqətləri elmi işlərimizlə dünya ictimaiyyətinə çatdırmalıyıq. Prezident İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Sonra muzeyin bir neçə əməkdaşı, tarixçilər – elmi katib, t.ü.f.d., dos. Fərhad Cabbarov, t.ü.f.d, dos. Nasir Quluzadə, t.üf.d., dos. Bəxtiyar Sayılov, t.ü.f.d., dos. Sevinc Vahabova, Ləman Musayeva çıxış ediblər. Son günlər Azərbaycanda yaranan gərgin vəziyyətlə əlaqədar, bu ağır vəziyyətdə Ali Baş komandanın siyasətini tam dəstəklədiklərini bildirib, Azərbaycan ordusuna yeni-yeni uğurlar arzulayıb, daim maddi və mənəvi dəstəyə hazır olduqlarını deyiblər. Bir tarixçi olaraq həm qələmimizlə, həm də qanımız və canımızla mübarizəyə hazırıq. Milli Azərbaycan Tarixi Muzeyi adından Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüləcək, eləcə də qanvermə aksiyasında iştirak etmək təklif olundu. Təklif birmənalı şəkildə hamı tərəfindən sevinclə qarşılandı. Qeyd edək ki, tədbir sosial məsafəni qoruyarq, karantin qaydalarına tam riayət edilərək təşkil olunmuşdur.