XƏBƏRLƏR
05 Oktyabr, 2020
Muzeydə Qarabağ xanı Mehdiqulu xana hədiyyə edilmiş bayraq saxlanılır
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) fondlarında müxtəlif tarixi hadisələrin şahidləri olan 93 bayraq qorunmaqdadır. Onların sırasında Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən təqdim olunan bayraq xüsusi əhəmiyyət kəsb edir (SBF. № 469).
Tarixi əhəmiyyətinə görə bu bayraq demək olar ki, qiymətsizdir. Belə ki, bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur: bayraq hakimiyyət rəmzi olaraq hədiyyə edilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 2019-cu ildə “Qarabağ xanı Mehdiqulu xanın bayrağı” adlı kitab hazırlanıb çap olunmuşdur. Kitabda Muzeyin Silahlar və Bayraqlar fondunda saxlanılan, Qarabağ xanı Mehdiqulu xana Rusiya imperatoru I Aleksandr tərəfindən 1806-cı ildə təqdim olunan bayraq haqqında məlumat verilir. Mənbə və ədəbiyyat əsasında bayrağın təqdim edildiyi tarixi şərait, XX əsrdə Azərbaycana gətirilməsinin tarixçəsi və təsviri şərh edilir. Hakimiyyət rəmzi olaraq hədiyyə edilmiş bu bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur.
Kitabın müəllifi t.ü.f.d., dosent Səbuhi Əhmədov, elmi redaktoru akademik Nailə Vəlixanlıdır. Kitab Azərbaycan və rus dillərində çap olunub.
Kürəkçay müqaviləsinə əsasən İbrahimxəlil xanın oğlu Məhəmmədhəsən ağaya boyunda daşımaq üçün qızıl, brilliantlarla bəzədilmiş, üzərində rus dilində "Qarabağ varisi Məhəmməd Həsən Ağaya sədaqətinə görə 1805-ci ildə ("Наследнику Карабага Мамед-Гасан-Аге за верност 1805 года) yazısı ilə qızıl medal təqdim edilmişdir. Medalın həmin dövrdə düzəldilmiş masaüstü xatirə nüsxəsi də hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...