XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Oktyabr, 2020
Milli Azərbaycan Tarixi Muzeyindən Azərbaycan ordusuna dəstək
Hazırda Azərbaycan Respubikasının Silahlı Qüvvələri təcavüzkar Ermənistanın növbəti hərbi təxribatının qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi uğrunda zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları ordumuzun tezliklə işğal altında olan Qarabağımızı azad edəcəyinə inanır, hər zaman bir əsgər kimi Ali Baş Komandanın əmrində və ordumuzun yanında olduqlarını bəyan edirlər. Həmin məqsədlə Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 14 000 min manat vəsait köçürülüb.