XƏBƏRLƏR
08 Oktyabr, 2020
Muzey “ƏN BÖYÜK ƏSGƏR - BİZİM ƏSGƏR” adlı açıq məktub müsabiqəsini ELAN edir:
Milli Azərbaycan Tarixi Muzeyi (MATM) məktəblilər üçün Milli Orduya mənəvi dəstək məqsədilə “ƏN BÖYÜK ƏSGƏR - BİZİM ƏSGƏR” adlı açıq məktub müsabiqəsini elan edir.
MATM bu müsabiqədə bu gün əzəli torpaqlarımıza göz dikən azğın düşmən ilə üz-üzə durmuş əsgərlərimizə öz ürək sözlərini çatdırmaq istəyən bütün vətənpərvər məktəblilər üçün özünü, düşüncələrini ifadə etmək şansını verir. Müsabiqənin məqsədi hazırda ön cəbhədə ağır döyüşlərdə böyük şücaətlər göstərən əsgərlərimizi ruhlandırmaq, haqq işində onların VƏTƏN adlı ANAnın övladı olduqlarını bildirmək, bütün bunları məktəblilərin öz dili ilə ifadə etməkdir. Müsabiqədə iştirak edən şagirdin adı, soyadı, fotosu, məktəbin nömrəsi, sinfi mütləq göstərilməlidir. Hər məktubun bir nüsxəsi Muzeyin facebook səhifəsində yayımlanmaqla bərabər ön cəbhəyə də göndəriləcək. Məktubların qəbulu oktyabrın 12-dən 31-dək facebook səhifəmizin mesaj bölməsində qəbul ediləcək. Bütün müsabiqə iştirakçıları Muzeyə dəvət olunacaq, rəhbərlik onlarla görüş keçirəcək və Muzey nəşrlərindən ibarət hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün iştirakçılara uğur diləyirik!
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...