XƏBƏRLƏR
13 Oktyabr, 2020
Muzeyin etnoqrafik incisi - baharı
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun materialları içərisində Qarabağa məxsus baharı (EF-2053) geyim kolleksiyasının nadir inciləri sırasına daxildir. Baharı tünd qırmızı rəngli məxmər parçadan bel və ətək hissədən ibarət olaraq tikilmişdir. 45 sm uzunluğa malik ətək hissə büzməlidir. Dirsəyə qədər tikilmiş qolu düz biçilmiş, qoltuqaltı açıq saxlanmışdır. Hər iki yandan kəsmə cib qoyulmuşdur. Bel və ətək hissədən ibarət olan geyimin yaxa kəsiyi boy və boy ətəyi, cib və qol ağzı tirmə parçadan qıyqacı köbəyə tutulmuşdur. Geyimə xüsusi gözəllik verən onun zəngin bəzəklə tərtiblənməsidir. Bu məqsədlə güləbətin, məlilə və pilək tikmə üsullarından istifadə olunmuşdur. Haşiyənin kənarına sərmə-bafta tikilmişdir.
İncə zövqə, misilsiz sənət qabiliyyətinə məxsus sənətkar yaradıcılığının bəhrəsi olan tikmələr nəticəsində geyim heyrətamiz gözəlliyə qovuşmuşdur. Azərbaycanın milli ornamenti olan butadan geniş istifadə olunması geyimin
milli koloritini daha da zənginləşdirmişdir. Adətən üst geyimlərinin ön hissəsinə bəzək vurulurdusa, təqdim olunan baharının kürək hissəsinə də güləbətin sapla gül təsviri salınmışdır. Geyimin dəyərini artıran cəhətlərdən biri də onun əllə tikilməsidir. Geyim XIX əsrə aiddir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...