XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Oktyabr, 2020
Şəhid polkovnik İlqar Mirzəyevin şəxsi əşyaları Muzeyə təqdim edilib
Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovniki İlqar Mirzəyevin şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib. O, 14 iyul 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı şəhid olub. İlqar Anzor oğlu Mirzəyev 08 may 1973-cü ildə Gürcüstanın Qardabani rayonunda doğulub, 1995-ci ildən leytenant rütbəsi ilə hərbi xidmətə başlamışdır. Mərhumun Muzeyə təqdim olunan şəxsi əşyaları arasında onun xidmət müddətində geyindiyi hərbi geyimi, papaq və çəkməsi, hərbi səhra çantası vardır. Əşyalar, Muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Aygün Quliyevanın vasitəsilə şəhidin ailəsi tərəfindən Muzeyə təqdim olunub.