XƏBƏRLƏR
15 Oktyabr, 2020
Muzeydə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatı “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının
və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunmuş “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” adlı tədbir
“Azərbaycan” himninin səsləndirilməsi ilə açılıb. Tədbirdə SƏS TV-nin hazırladığı Azərbaycan Respublikasının dövlət müstəqilliyi tarixi, həmçinin müasir dövrdə dövlətimizin uğurları barədə videoçarx nümayiş edilib. Sonra vətənimiz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində ilk çıxış edən Muzeyin “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbir iştirakçılarını salamlayıb. “Ulu öndər Heydər Əliyev: “Müstəqil Azərbaycan naminə!” adlı məruzəsini təqdim edib.
O, Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda olan həlledici fəaliyyəti, həmçinin cənab Prezidentimiz, Ali Baş komandan İlham Əliyevin aktiv siyasəti dövründə qazanılan uğurlardan bəhs edib. Azərbaycanın üzləşdiyi müharibə şəraitində cənab Ali Baş komandanın torpaqlarımızın azadlığına yönəldilmiş siyasətinə və ordumuzun gücünə inandığını bildirib. “Azərbaycan sikkələri əsas dövlətçilik rəmzidir” adlı məruzə ilə Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova çıxış edib. Müasir dövrümüzdə dövlətimizin məqsədyönlü siyasəti nəticəsində üzləşdiyimiz ağır və məsuliyyətli sınaqlardan azad olunacagına inandığını bildirib və Azərbaycan sikkələrinin bütün tarixi dövrləri təmsil edən önəmli faktiki tapıntılar olduğunu vurğulayıb. Məruzəçi dövlətçiliyin başlıca rəmzi olan sikkə zərbi hüququnun məhz Azərbaycan sikkələri ilə təmsil edildiyindən və müstəqil Azərbaycanın numizmatik irsinin tədqiqi, təbliği sahəsində əldə edilmiş uğurlardan danışıb.
Muzeyin Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Sevinc Nəsirova “Qanla yazılan tarix” adlı məruzə edib. Müasir dövr hadisələrinə toxunaraq, xalqımızın müstəqilliyinin əldə edilməsində canlarından keçən vətən oğullarımızın rəşadətindən bəhs edib. O, suverenliyin bərpasında gənclərin daha fəal olduğunu vurğulayıb və gələcək qələbələrə inandığını qeyd edib.
Sonda Muzeyin Numizmatika və epiqrafika elmi-fond şöbəsinin elmi işçisi Şəfa Mövsümov “Milli azadlıq hərəkatı və dövlət müstəqilliyimiz” adlı məruzə edib. Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixinə nəzər salaraq, 20 yanvar hadisələrindən və respublikamızda erməni separatizminə qarşı xalqımızın həmrəyliyindən bəhs edib. Məruzəçi SSRİ-nin dağılması və Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrundakı mübarizə barədə ətraflı məlumat verib.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...