XƏBƏRLƏR
15 Oktyabr, 2020
Dahi rus şairi M.Y.Lermontovun doğum günüdür
Rus poeziyasının ən yüksək zirvələrindən biri olan M.Y.Lermontovun (1814-1841) yaradıcılığında Qafqaz və Azərbaycan mövzusu əhəmiyyətli yer tutur. Rusiyanın bu görkəmli şair və mütəfəkkirinin Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətləri böyükdür. Onun sayəsində geniş rusdilli oxucular məşhur dastanımız - "Aşıq Qərib"lə yaxından tanış olmuş, dilimizi və Vətənimizi yaxından tanımışdılar. Bu rus ədibini Qafqazla bağlayan və Azərbaycan oxucusuna sevdirən onun Şərq mövzusunu və Qafqaz xalqlarının həyatını, adət-ənənələrini əsərlərində əks etdirməsidir.
Dahi rus şairi A.S.Puşkinin öldürülməsi münasibətilə yazdığı "Şairin ölümü" əsərində hökuməti ittiham etdiyinə görə Qafqaza sürgünə göndərilən azadfikirli şair bölgənin reallıqlarını inandırıcı və zərif şəkildə işıqlandırmışdır. Şair çar Rusiyasının zabiti olsa da, Qafqaza xitabən -
"Azadlıq məskəni doğma ellərin
Azadlıq uğrunda can verir indi"
və "Sevirəm Qafqazı mən!" deyirdi.
M.Y.Lermontov Zaqafqaziyada olarkən yerli əhali ilə ünsiyyətinə və Asiyada geniş işlənən Azərbaycan dilinə əhəmiyyət verir, öyrənirdi. Dahi şair "tatar" dili adlandırdığı Azərbaycan dilinin böyüklüyünü fransız dili ilə müqayisə edir, əsərlərində dilimizdən ustalıqla istifadə edirdi.
Tədqiqatçılara görə M.Lermontova dilimizi öyrədən, “Aşıq Qərib” dastanını rus dilində qələmə almağa kömək edən şəxs M.F.Axundov olmuşdur.
Azərbaycan oxucusu şairin gənc yaşlarında dueldə və ya iddia edildiyi kimi sui-qəsdlə qətl edilməsinə daim üzülmüş və Lermontovu həmişə sevmişdir.
MATM-də də M.Lermontovu əks etdirən eksponatlar qorunur. Bunlara nümunə olaraq Neqativ fondunda saxlanılan, şairin portretinin fotoneqativini (İnv. 8078) göstərə bilərik. Portret 1914-cü ildə Sankt-Peterburqda nəşr olunan "Hərbi ensiklopediya"nın XIV cildində yer alıb.
Həmçinin Muzeyin Sənədli mənbələr fondunda şairin büst və heykəlini, evini əks etdirən açıqcalar (291/11) saxlanılır. Muzeydə qorunan bu eksponatlar dahi rus şairinin təbliği baxımından böyük rol oynayır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...