XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Oktyabr, 2020
Muzeyə Qarabağ hadisələrini əks edən poster-plakatlar daxil olub
Cəbhədəki böyük uğurlarımız, igid Azərbaycan ordusunun irəliləməsi və işğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan cəmiyyətində Vətənpərvərlik ruhunun artmasına səbəb olub. İstedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimi, nüfuzlu sərgilərin iştirakçısı Mir Azər Abdullayev igid döyüşçülərinin qəhrəmanlığına, saxta erməni təbliğatının ifşasına, tariximizin təhrif olunmasıma dair bir sıra əsərlər yaratmışdı. Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsinin səyi nəticəsində Mir Azər Abdullayev Vətənpərvərlik mövzusuna həsr olunmuş üç əsərini Muzeyə hədiyyə edib. Tarixi mövzuda çəkilmiş bu rəsm əsərləridə tarixi faktlar özündə əks etdirməklə gənc nəsildə Vətənpərvərlik tərbiyəsinin inkişafında böyük əhəmiyyətə malikdir.