XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Oktyabr, 2020
Muzeydə Şuşa şəhərini əks etdirən tarixi fotoşəkil qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Şuşa şəhərinin ümumi görünüşünü əks etdirən, XX əsrin əvvəlinə aid fotoşəkil saxlanılır (SMF. № 71/31). Azərbaycanın Qarabağ bölgəsinin dilbər guşəsi olan Şuşa özünəməxsus arxitekturası ilə fərqlənir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Qeyd edək ki, Şuşa 1992-ci il mayın 8-də erməni silahlı birliklərinin hücumları nəticəsində işğal edilmiş, şəhərin bir sıra mədəniyyət və tarixi abidələri məhv edilmişdir.