Dekabrın 17-də Çin Xalq Respublikası Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsi sədrinin müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.Qonaqlar muzeyin ekspozisiya zalında Azərbaycanın qədim dövrlərdən XVIII əsrədək olan müddətə dair maddi-mədəniyyət nümunələri ilə tanış olmuşlar. Burada nümayiş etdirilən müxtəlif dövrlərə aid silahlar, sənətkarlıq nümunələri, əski kitablar və əlyazmalar qonaqların diqqətini cəlb etmişdir.Bildirilmişdir ki, burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Sonra qonaqlar Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları ilə tanış olmuşlar. Nümayəndə heyətinə müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı olmuş Hacı Zeynalabdin Tağıyev haqqında məlumat verilmişdir.Xalqımızın bir çox görkəmli şəxsiyyətlərinin təhsil almasına yardımçı olmuş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar çinli qonaqlar tərəfindən maraqla qarşılanmışdır.Sonda Bay Liçen muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.