XƏBƏRLƏR
29 Oktyabr, 2020
Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyi ziyarət edilib
Milli Azərbaycan Tarixi Muzeyinin könüllülərdən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində salınmış Zəngilan şəhərciyində, 33 saylı Zəngilan rayon məktəbinin 1-ci mərtəbəsində müvəqqəti yerləşmiş Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Muzeyin bələdçisi tərəfindən tələbələrə Zəngilan rayonunun tarixini, mədəniyyətini özündə əks etdirən şəxsi kolleksiyalarda qorunub saxlanmış və muzeyə hədiyyə edilmiş müxtəlif eksponatlar, eləcə də muzeyin yaranması haqqında maraqlı məlumatlar verilib. Sonda “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri, “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsinin ideya müəllifi Sahibə Ələkbərova çıxış edib və qeyd edib ki, Azərbaycanın şanlı ordusu öz gücü və qüdrəti ilə 20 oktyabr tarixində Zəngilan rayonunu işğaldan azad edərək, iyirmi yeddi illik Zəngilan həsrətinə son qoyub. Ordumuzun Qarabağa zəfər yürüşündə tezliklə qələbə çalacağı günün yaxında olduğunu qeyd edən S.Ələkbərova “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində, ən qısa zamanda Qarabağ muzeylərini öz doğma ünvanlarında ziyarət edəcəklərini xüsusi vurğulayıb.
“Yolumuz Qarabağadır! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!” şüarlarını səsləndirən gənc muzeyşünaslar ətrafda yaşayan Zəngilan sakinləri tərəfindən maraqla müşahidə edilərək alqışlanıblar.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...