XƏBƏRLƏR
03 Noyabr, 2020
Muzeydə Tovuz rayonunda aşkarlanmış Sasanilər dövrünə aid gümüş sikkə dəfinəsi saxlanılır
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1958-ci ildə Tovuz rayonunun İbrahimhacılı kəndində tapılmış gümüş sikkələrdən ibarət dəfinə (cəmi: 80 sikkə) qorunur. Tapıntı muzeyin görkəmli numizmat alimi Əli Rəcəblinin sayəsində muzeyə təhvil verilmiş və numizmatik təyinatı edilmişdir.
Təyinata əsasən, dəfinədəki gümüş drahmalar Sasani şahənşahları - I Qubad (488 – 496; 499 - 531), I Xosrov (531 - 579), IV Hörmüzd (579 - 590) və II Xosrovun (590 - 628) hakimiyyəti dövründə Dərbənd, Bərdə, Bakı, Naxçıvan və d. şəhərlərdə zərb edilmişdir.
Dəfinədəki erkən gümüş sikkə I Qubadın II hakimiyyətinin 14-cü ilinə (531), sonuncu sikkə isə II Xosrovun hakimiyyətinin 27-ci ilinə (617) aiddir.
Sasani gümüş drahmalarının üst tərəfinin mərkəzinə sağa istiqamətlənmiş başında tac və bəzək əşyaları taxmış şahənşah, ətrafına pəhləvi dilində dini ifadələr, hökmdar titulu ilə adı, ətrafında Ay, ulduz və digər naxışlar həkk edilirdi. Arxa tərəfinə isə mərkəzə atəşgah və onu qoruyan iki mühafizəçi, onların sol tərəfinə zərb tarixi, sağ tərəfinə isə monoqramlar (zərbxana) həkk edilirdi.
Muzeydə qorunan bu sikkə dəfinəsi Sasani dövrü numizmatika tariximizin tədqiqi baxımından əhəmiyyətlidir. 80 ildən artıq bir dövrü əhatə edən bu dəfinə erkən orta əsrlərdə Azərbaycanın pul təsərrüfatını açıqlamağa yardım edir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...