XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Noyabr, 2020
Muzeydə Xocalıdan tapılmış tarixi muncuqlar qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda e.ə. XI-VIII əsrlərə aid, əqiqdən hazırlanmış muncuqlar saxlanılır (İnv. AF. 028). 1926-cı ildə görkəmli arxeoloq İ. Meşşaninov tərəfindən 6 №-li Xocalı kurqanından aşkar edilmişdir. Muncuqlar əsasən yastı kürə və qalın disk şəklindədirlər. Kobud kəsildiklərindən müxtəlif forma və ölçüyə, qırmızımtıl rəngə malikdirlər. Saxlanma vəziyyətinə görə tamdırlar. Muzeydə qorunan Xocalı muncuqları işğal altında olan Xocalı tarixinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.