XƏBƏRLƏR
08 Noyabr, 2020
Qafqazın incisi – Şuşa şəhəri işğaldan azad edilib
Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib ki, Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Xalqımızı təbrik edir, Ordumuza yeni qələbələr arzu edirik!
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarı saxlanılır. Açarlar çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüş, müxtəlif yollarla Azərbaycandan çıxarılmış və 1888-ci ildə Tiflisdə açılan Qafqaz Hərbi Tarix Muzeyinə verilmişdi. 1924-cü ildə dövlətçilik atributu sayılan bir neçə xanlığın bayraqları, Gəncə xanı Cavad xanın buncuğu, Qarabağ xanı İbrahimxəlil xanın şeşpəri və şəhər-qalaların açarları Muzeyimizə təhvil verilmişdir. Şuşa qalasının açarları gümüşdən hazırlanmış, qızılı, gümüşü saplarla toxunmuş qotazlarla süslənmişdir. Şuşa qalasının Muzeydə qorunan açarları Şuşa şəhərinin tarixinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...