XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
02 Dekabr, 2020
Muzey əməkdaşlarının məqaləsi beynəlxalq elmi jurnalda nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Tural Şiriyevin və Etnoqrafiya fondunun müdiri, t.ü.f.d. Sevinc Nəsirovanın həmmüəllifliyi ilə Türkiyənin UHAD (Uluslararası Halkbilimi Araştırmaları Dergisi) jurnalında (2020, No.5) məqalə çap olunub. "XIX Yüzyılın Sonlarında Azerbaycanın Bazı İllerinde Var Olan El Sanatları: Debbağlık, Bakırcılık, Hasırcılık" adlı məqalədə Muzeyin Neqativ fondunun materiallarından istifadə edilib. Məqaləsi dərc olunan Muzey əməkdaşlarını təbrik edir, yeni uğurlar arzulayırıq.