XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Dekabr, 2020
Muzey əməkdaşının məqaləsi beynəlxalq topluda nəşr olunub
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibətilə keçirilmiş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfransın materialları toplusu nəşr olunub (Bakı-Naxçıvan, 30 noyabr 2020-ci il. – Bakı: Elm və Təhsil, 2020, - 168 s.). Topluda MATM-nin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovun “Azərbaycanda nəqşibəndilik: X. əl-Bağdadi və İ.S.Şirvani nümunəsi” adlı məqaləsi də yer alır. Məqalədə XIX əsrdə Azərbaycanda sufizm, nəqşibəndilik, iraqlı sufi şeyxi Xalid əl-Bağdadi, onun xəlifəsi, kürdəmirli İsmayıl Siracəddin Şirvani, qarabağlı Mir Həmzə Nigari kimi görkəmli sufi mütəfəkkirlərin həyatı və yaradıcılığı haqqında məlumat verilmiş, onların irsinin tədqiqi və təbliğinin əhəmiyyəti vurğulanmışdır.