XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Yanvar, 2021
E L A N
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və qorunub gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir. AMEA Milli Azərbaycan Tarixi Muzeyi "Vətən müharibəsi" adlı sərgi və daimi ekspozisiya ücün I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus döyüşdən qalan xatirə əşyalarının qəbulunu elan edir. Qeyd: Sərgi ve daimi ekspozisiya üçün şəhidlərin yaxınları tərəfindən muzeyə həvalə ediləcək əşyalar sənədləşdirmə yolu ilə qəbul olunacaq.