XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Yanvar, 2021
ELAN
Bildiyiniz kimi, yanvarın 25-dən etibarən ölkəmizdəki muzeylərin fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Nəzərinizə çatdırırıq ki, Milli Azərbaycan Tarixi Muzeyinin binasında fəaliyyət göstərən H.Z.Tağıyevin xatirə muzeyinin qapıları ziyarətçilər üçün yanvarın 25-dən açıqdır. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında yenidənqurma işləri gedir, açılış haqqında əlavə məlumat olacaq. Karantin günlərində Muzeyə giriş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir. Muzey hər gün şənbə və bazar günləri istisna olmaqla saat 10:00-dan saat 17:00-dək işləyir. Sizi yenidən muzey məkanında görməyə şad olarıq. Ünvan: Baki səhəri, H.Z.Tağiyev küçəsi 4. Əlaqə telefonu: 012 598 17 46