XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Yanvar, 2021
Muzeydə yeni "Elmi macəralar saatı" adlı layihəmizə start verilib
Layihənin məqsədi uşaq və yeniyetmələrin mədəni asudə vaxtının səmərəli təşkilində muzeylərin geniş fəaliyyət ənənələrinin, tarixi təcrübəsinin önəmini göstərməkdir. Uşaqları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir. Ermənistan tərəfindən isğal olunmuş Azərbaycan torpaqlarının təxminən 30 il sonra azad olunması cəmiyyətdə mənəvi dirçəlişə, birliyə, həmrəyliyə əsas verdi. II Qarabağ müharibəsi Azərbaycana Vətən deyən hər kəsin birlik məsələsi oldu. Qəzəb ümidlə, pessimistlik ümidlə əvəzləndi. "Elmi macəralar saatı" adlı yeni layihəmizin ilk sayını məhz bu əvəzolunmaz qələbənin cənnət məkanına - Qarabağın qədim dövr tarixinə, maddi, mədəni irsinə həsr etdik. Tədbiri AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi açıq elan etdi. O, öz çıxışında qeyd etdi ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu. Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi iradə və şəhidlərimizin qanı bahasına, 30 ildən artıq düşmən tapdağı altında qalan Qarabağ azad olundu. Qarabağ bölgəsində zəngin mədəni və arxeoloji irs mövcuddur. Milli Azərbaycan Tarix Muzeyində Qarabağa aid çoxlu eksponatlar qorunur, onların bir hissəsi Muzeyin ekspozisiyasında nümayiş olunur. Bu ildən biz yeni bir layihəmizə start veririk. Layihəmizdə bizim ilk görüşümüz Qarabağın arxeoloji abidələrinə həsr olunur. Layihəmizin müəllifi və təşkilatçısı Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlıdır. Layihəmizin ilk sayında Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin təqdimatında "Qarabağın qədim dövr maddi, mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)" adlı slayd təqdimatlı mühazirə nümayiş olundu. Milli Azərbaycan Tarixi Muzeyi fəaliyyətə başladığı gündən indiyə kimi Azərbaycanın maddi, mədəni irsinin öyrənilməsi və qorunması, eləcə də təbliği və təşviqi işinə böyük önəm verib. Bu baxımdan şanlı ordumuz tərəfindən Ermənistan işğalından azad edilmiş Qarabağın qədim və zəngin mədəniyyəti də istisna təşkil etmir. Muzey həmişə Qarabağın maddi, o cümlədən arxeoloji irsinə böyük diqqət ayırıb. “Qarabağın qədim dövr maddi, mədəni irsi muzey arxeologiyası müstəvisində (Milli Azərbaycan Tarixi Muzeyinin nümunəsində)” adlı hazırki mühazirə Muzeyin Qarabağ bölgəsində apardığı arxeoloji tədqiqatlara, habelə bu tədqiqatlardan əldə edilmiş nəticələrin ictimaiyyələşdirilməsinə həsr edilib. Belə ki, Muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadənin hazırladığı bu slayd-mühazirədə Azərbaycanın daş dövrü abidələrindən olan Azıx və Tağlar, erkən əkinçi-maldar tayfalara məxsus İsmayılbəytəpə abidələrində aparılmış tədqiqatlara nəzər salınıb. Bundan əlavə mühazirədə Qarabağın həmin və digər abidələrindən tapılmış maddi nümunələr də müəyyən dərəcədə işıqlandırılıb. Mühazirədə həmin tapıntıların Muzeyin müvafiq kolleksiyalarında qorunması, bərpası və sərgilənməsi məsələləri də ümumiləşdirilərək konkret şəkildə təqdim edilib. Daha sonra Zəngilan rayonu 29 saylı tam orta məktəbin tarix müəllimi Günay İbrahimova, Füzuli rayonu 1 saylı tam orta məktəbin tarix müəllimi Aytən Aliyeva, İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbin tarix müəllimi Orxan Əhmədov tədbirdə çıxış edib öz təşəkkürlərini bildirdilər. Layihəmizin bu dəfəki sayında Zəngilan rayonu 29 saylı tam orta məktəbin şagirdləri, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Məhsəti Əliyeva və şagirdləri, Sabunçu rayonu 128 nömrəli tam orta məktəbin tarix müəllimi Jalə Qurbanova və şagirdləri, Füzüli rayonu 1 saylı tam orta məktəbin şagirdləri, Suraxanı rayonu 141 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyə Kərəmova və şagirdləri, İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbin şagirdləri, Oğuz rayon Baş Daşağıl kənd orta məktəbin tarix müəllimi Ülviyyə Nəzərova və şagirdləri, Astara rayon Şümrüd kənd tam orta məktəbin tarix müəllimi Bəxtiyar Eyvazov və şagirdləri, İsmayilli şəhəri 5 sayli tam orta məktəbin tarix müəllimi Elgün Əliyeva və şagirdləri, Xaçmaz rayon Xudat şəhər 3 saylı məktəbin şagirdləri iştirak ediblər.