XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Yanvar, 2021
Muzey əməkdaşı beynəlxalq konfransda məruzə edib
Qazaxıstan Respublikasının Təhsil Nazirliyi, Elm Komitəsinin Dövlət Tarixi İnstitutu və “Professional tarixçilər və cəmiyyətşünaslar” İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Qazax dövlətinin yaranması tarixi: yeni açıqlamalar və elmi qiymətləndirmə” adlı beynəlxalq konfransda Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova məruzə ilə çıxış edib. Məruzəçi rus dilində təqdim etdiyi “Qazaxıstanda və Azərbaycanda aşkarlanmış numizmatik faktlar (XIII əsrin sonu – XIV əsrin sikkələri əsasında)” adlı məruzədə Elxanilər, Cuçilər, Müzəffərilər, Cəlairilər, Teymurilər dövrünün zərbxanaları, pul təsərrüfatı, ticarət əlaqələri haqqında məlumat verib, elektron prezentasiyada sikkələrin fotoları işıqlandırılıb. Konfrans materialları nəşr ediləcək.